
Abituriyentlərin Vahid Milli İmtahanlar üçün qeydiyyatdan keçməsi 31 martadək mümkün olacaq
“Vahid Milli İmtahanlara, Tələbə Qrant Müsabiqəsinə, Ümumi Magistr İmtahanına, habelə Müəllimlərin Fənn İmtahanı və Peşəkar İslahatlarını qeydiyyatdan keçirmək üçün 1 mart saat 10: 00-da başlayıb və 31 Mart saat 18:00-a qədər davam edəcək.”
InterPress.ge xəbər verir ki, bu barədə Milli Qiymətləndirmə və İmtahan Mərkəzinin rəhbəri Sopo Qorqodze baş tutan brifinqdə qeyd edib.
O,bu günkü brifinqdə 2021 imtahanlarına abituriyentləri vaxtında qeydiyyatdan keçməyə çağırdı.
"Qeydiyyatın bitməsinə cəmi 10 gün qaldığına görə bu mərhələdə 19.200-dək abituriyent Vahid Milli İmtahanlar üçün qeydiyyatdan keçib. Abituriyentləri bu prosesi son günə gətirməməyə və qeydiyyatı sürətləndirməklərinə çağırırıq. Qeydiyyat 31 Mart 18: 00-a qədər davam edəcək. Qeyd edim ki, abituriyentlər üçün həftədə bir dəfə Gürcüstan miqyası ilə "Açıq qapı" günü olacaq.”- Qorqodze.
O, eləcə də İmtahanların qeydiyyatı ilə bağlı bütün sualların "Açıq Qapı Günü" çərçivəsində cavablandırılacağını və arzu olunarsa abituriyentlərin qeydiyyatdan keçməsinə kömək ediləcəyini bildirdi.
"Bildiyiniz kimi, müəllimlər də 31 Mart 18: 00-a qədər qeydiyyatdan keçməlidirlər. Bu mərhələdə təxminən 14 min aplikant qeydiyyatdan keçib, bəziləri keçən il qeydiyyatdan keçmiş müəllimlərdir və bu səbəbdən yenidən qeydiyyatdan keçmələrinə ehtiyac yoxdur və əgər qeydiyyatdan keçiblərsə onlar imtahanı yay fəslində verəcəklər. Müəllimlik sənətinə yiyələnmək istəyən 4000-dən çox vətəndaş qeydiyyatdan keçib. Bu il ilk dəfə xüsusi təhsil müəllimlərinə qeydiyyat elan edildi və təxminən 1600 nəfər qeydiyyatdan keçib. Ümumi magistr imtahanı üçün 3400 abituriyent qeydiyyatdan keçib. Bundan əlavə tələbələr üçün qrantlarını müsabiqəsi də elan edilib ki, bu müsabiqədən keçməklə öz qrantlarını gücləndirə biləcəklər. Bu mərhələdə bu imtahana qədər 1000 tələbə qeydiyyatdan keçib"- Qorqodze.