22 
Mar
2021
14:29
516

Milli Qiymətləndirmə və İmtahan Mərkəzinin abituriyentlər üçün nə vaxt açıq qapı günü keçirəcəyi məlum oldu

Milli Qiymətləndirmə və İmtahan Mərkəzi abituriyentlər üçün 24 mart tarixində onlayn açıq qapı günü keçirəcək.

InterPress.ge xəbər verir ki, mərkəzin rəhbəri Sopo Qorqodze bu gün keçirilən brifinqdə bu barədə açıqlama verib.

Onun sözlərinə görə, imtahan üçün qeydlərin tamamlanmasına 10 gün vaxt qalıb.

“İmtahanlar üçün qeydlərin tamamlanmasına 10 gün qalıb. Hər kəsi, xüsusən abituriyentləri bu prosesi son günlərə aparmamağa çağırıram. Bildiyiniz kimi, abituriyentlər 31 mart saat 18:00-dan əvvəl qeydiyyatdan keçməsələr, növbəti qeydiyyat mərhələsinə keçə bilməyəcək və nəticədə imtahan prosesindən kənarlaşdırılacaqlar. Onu da qeyd etmək istərdim ki, 24 martda Gürcüstan daxilində bütün abituriyentlər üçün onlayn açıq qapı günümüz olacaq. Məlumat toplantısının əsas mövzusu 2021-ci il Vahid Milli İmtahanlarının qeydiyyatı olacaq " -Qorqodze qeyd etdi.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər