22 
Mar
2021
14:15
287

Baş nazir İrakli Ğaribaşvili Fransa Respublikasının səfiri ilə görüşdü

Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili, Fransa Respublikasının Gürcüstandakı səfiri Dieqo Kolas ilə görüşüb.

InterPress.ge xəbər verir ki, bu haqda Baş nazirin mətbuat xidmətindən məlumat verilir.

Məlumata görə, görüşdə Gürcüstan ilə Fransa arasında həm ikitərəfli, həm də çoxtərəfli formatda dinamik və intensiv əməkdaşlıq müzakirə olunub.

"Dieqo Kolas, Fransanın Gürcüstanın Avropa və Avroatlantik inteqrasiya prosesini, habelə suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini vurğulayıb.

Söhbət "Kovid-19"la əlaqəli çətinliklərə yönəlib. İrakli Ğaribaşvili qeyd edib ki, böhrandan sonrakı dövrdə Gürcüstan hökumətinin əsas vəzifələrindən biri iqtisadi münasibətləri canlandırmaq, yeni ticarət və investisiya imkanlarını daha da inkişaf etdirməkdir”- Baş nazirin mətbuat xidmətinin məlumatında deyilir.

Məlumata əsasən, Hökümət Administrasiyasında keçirilən iclasda Fransa İnkişaf Agentliyi (AFD) tərəfindən Gürcüstana göstərilən yardımın əhəmiyyəti də vurğulanıb.

“Baş nazirlə çox maraqlı və sıx bir görüş keçirdik. Gürcüstanın demokratik inkişaf məsələləri və demokratiyanın keyfiyyətinin daha da artırılmasına yönəlmiş islahatların davam etdirilməsinin vacibliyi və institusional konsolidasiya məsələləri müzakirə olundu.

Bundan əlavə, ikitərəfli münasibətlər və Gürcüstanın inkişafı məsələlərini müzakirə etdik. Biz Gürcüstanı Avropaya aparan yolda dəstəkləməyə, eyni zamanda iqtisadiyyatı inkişaf etdirməyə və Fransa ilə, o cümlədən Avropa və Gürcüstan arasında insanlar arasında əlaqələri gücləndirməyə kömək edirik"- Dieqo Kolas, Gürcüstanın Baş naziri ilə görüşdən sonra deyib.

Bizimlə əlaqə saxlayın