
Səhiyyə Nazirliyindən açıqlama- Bu şəxslərə 4000 lari veriləcək
"Səhiyyə Naziri emiqrasiyadan qayıdan 200 vətəndaşı 4000-4000 lari ilə maliyyələşdirəcək."
InterPress.ge xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.
Sözügedən yardımı Məcburi Köçkünlər, Ekomiqrantlar və Mövcud Mənbələrin Təminedilməsi Agentliyinin reinteqrasiya (yenidən inteqrasiya) yardım dövlət proqramı nəzərdə tutur.
“Proqramın məqsədi emiqrasiyadan qayıdan Gürcüstan vətəndaşlarının reinteqrasiya (yenidən inteqrasiya) prosesinə dəstəkdir. Yenidən inteqrasiya yardım proqramı, bir gəlir mənbəyinin ortaya çıxması, özünüməşğulluğun təşviqi, peşə təhsili, tibbi yardım və müvəqqəti yaşayış üçün qrantlar təqdim edir.
Cəmi 200-ə qədər vətənə qayıdan miqrant gəlir əldə etmək, məşğulluq və özünüməşğulluq məqsədilə maliyyələşdiriləcək. Qrant məbləği isə 4000 larini təşkil edir.
Proqram bir ildən çox müddətdə xaricdə qeyri-leqal yaşamış, xarici ölkədən sığınacaq istəmiş və ya artıq sığınacaq almış, Gürcüstanda daimi yaşamaq hüququ olan, ancaq vətəndaşlığı olmayan şəxslər nəzərdə tutulub.
Müraciətlərin qəbulu Agentlikdə və ərazi bölmələrində aprelin 4-dək davam edəcək.”- deyə Nazirliyin veb-saytında verilmiş məlumatda qeyd edilir.