26 
Mar
2020
20:56
1291

Bolnisi bələdiyyəsində 540-a qədər ailəyə ərzaq veriləcək

"Özəl şəxslər tərəfindən göstərilən yardım sayəsində, Bolnisidə yoxsul ailələrə, məhdud fiziki imkanlı şəxslərə və pensionerlərə pulsuz ərzaq paylanacaq".

InterPress.ge Birinci Kanala istinadən xəbər verir ki, bu barədə Bolnisi munisipaliteti məlumat verib.

Bolnisi munisipalitetində həmçinin, Səhiyyə Nazirliyi tərəfindən verilən qoruyucu maskalar da paylanacaq.

Bolnisi majoritar deputatının məlumatına görə, ilk növbədə qoruyucu maskalar özəl obyektlərdə işləyən personala və vətəndaşlarla tez-tez kontaktda olan munisipalitet əməkdaşlarına veriləcək.

Bizimlə əlaqə saxlayın