22 
Mar
2021
13:01
737

Gürcüstana gətirilən peyvəndin effektivliyinin neçə faiz olduğu açıqlandı

"Astrazeneca və Oxford Universiteti peyvəndinin ABŞ-da aparılan araşdırmada simptomatik xəstəliyin qarşısının alınmasında 79% təsirli olduğu aşkarlandı.

InterPress.ge xəbər verir ki, bu barədə “Astrazeneca” kompaniyası məlumat yayıb.

Bununla birlikdə, əczaçılıq şirkətindən bildirildiyinə görə, peyvənd xəstəliyin ağır və kritik formalarına qarşı 100% təsirlidir.

Astrazeneca ayrıca Müstəqil Təhlükəsizlik Komitəsinin ABŞ-da tromboz və beyin venoz sinus trombozunun inkişafı ilə bağlı da araşdırma aparıb və ən azı bir doz peyvənd tətbiq edilən 21.583 iştirakçının tromboz və ya onunla əlaqədar hər hansı bir riskin artmadığını bildirib.

Kompaniyadan verilən məlumata görə, tədqiqat nəticəsində beyin venoz sinus trombozu halı da müəyyən edilməyib.

Bizimlə əlaqə saxlayın