22 
Mar
2021
12:56
689

Vəkil: "Peyvənddən sonra həyatını itirən tibb bacısının ailəsi araşdırma tələb edir"

Peyvənddən sonra dünyasını dəyişən tibb bacısı Meqi Bakradzenin ailəsi araşdırma tələb edir.

InterPress.ge xəbər verir ki, Axalçixe klinikasında həkimlərin sorğusunu və bu klinikadan tibb bacısının analizini tələb edirlər.

Məlumata görə, ailə vəkili bu gün prokurorluğa müraciət edib.

Vəkilin sözlərinə görə, ailə artıq Birinci Universitet Klinikasından xəstəlik tarixçəsini alıb, lakin vəkilin açıqlayır ki, bu məlumatlar onlar üçün yetərli deyil.

Ailə tibbi ekspertiziyanı gözləyir, vəkil bu prosesin ən qısa müddətdə aparılması üçün Samxarauli ekspertizasına müraciət edib.

Eyni zamanda, vəkilin dediyinə görə, Meqi Bakradze peyvənddən iki gün əvvəl İmedi klinikasında müayinə olunub və bundan sonra dərman qəbul etməyə başlayıb. Ailə kankret olaraq, aparılan araşdırma və yazılan dərmanlar ilə maraqlanırlar.

“Bizə prokurorluqdan Meqiyə məxsus mövcud olan məlumatlar, bir neçə görüş protokolu və tibbi tarixçə verildi. Axalçixedən tələb etdiyimiz məlumatlara ehtiyacımız var. Ayrıca bu gün Prokurorluğa müraciət edərək, Axalçixedək şahidlərin dindirilməsini tələb etdik. İki qan nümunəsinin alternativ müayinəsini də istəyirik. Qan nümunələrindən biri orada, biri isə burada- universitetdə götürülür. Sənəddə verilmiş məlumatlar haqda hələ tezdir, çünki bunlar Axalçixenin xəstəlik tarixi ilə birlikdə kompleks şəkildə öyrənilməlidir. Bu halda bəzi nəticələr çıxarmaq üçün bizə daha geniş məlumatlar veriləcəkdir.

Lakin, bildiyiniz kimi, Samxaraulinin nəticəsini gözləyirik. Həqiqətən müəyyən vaxt tələb olunur, lakin yüksək ictimai marağa görə Bürodan bu nəticəni ən qısa müddətdə hazırlamasını xahiş edirik. Ümumilikdə onsuz da bir nəticə əldə edəcəyik və hansı problemlərin yarandığını və ölüm səbəbini biləcəyik. Bundan sonra hansı addımları atacağımız məlum olacaq”- dedi Meqi Bakradzenin ailəsinin vəkili Vaxo Baramaşvili.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər