Amiran Qamğrelidze: "Ölkədə peyvəndləmə davam etməli və epidemiya sona çatmalıdır"
"Ölkədə kovid epidemiyasına son qoyacaq yol koronavirusa qarşı peyvənddir. Keçən həftə ölkədə çox kədərli və ciddi bir hadisəbaş verdi, həmkarımız peyvənddən sonra ağırlaşmadan vəfat etdi. Ancaq peyvəndləmə davam etməlidir".
InterPress.ge xəbər verir ki, bu barədə Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri Amiran Qamğrelidze qeyd edib.
O, peyvənd prosesində iştirak edən həkimlərə təşəkkür edir.
"Maka özü peyvənddən sonra əhalini və həmkarlarını peyvəndlənməyə çağırdı. Buna görə ölkədə peyvənd davam etdirilməlidir. Bu çətin hadisədən sonra dünən və srağagün gəlib vətəndaş borclarını ödəyib rahatlanan bütün həmkarlarına təşəkkür edirəm. Həmkarlarımı bir daha çağırıram ki, bütün ölkədə yaranan bu çətin vəziyyətə baxmayaraq, aşılama prosesi davam etməlidir. Makanın ailəsinə, bütün tibb ictimaiyyətinə və ölkəyə bir daha başsağlığı vermək istəyirəm. Peyvənd ölkədə epidemiyaya son verməlidir" -Qamğrelidze.


