Gürcüstan Prezidenti Novruz bayramı münasibətilə vətəndaşları təbrik etdi
“Bu gün baharın gəlişi, təbiətin oyanması, yeni enerji alma mənasını verən və yeni bir başlanğıcın simvolu, daha yaxşı bir gələcəyə ümid olan Novruz bayramıdır".
InterPress.ge xəbər verir ki, Gürcüstan Prezidenti Salome Zurabişvili Gürcüstan azərbaycanlılarını Novruz bayramı münasibətilə təbrik edir.
"Gürcüstanda Novruzun qeyd olunması çoxəsrlik bir tarixə malikdir. Bu, Gürcüstan mədəniyyəti və ənənələrinin müxtəlifliyinin bariz nümunəsidir.
Pandemiyaya görə, təəssüf ki, bu il də bizə bu qədim bayramı birlikdə qeyd etmək imkanı olmadı. İnanıram ki, vahid bir səylə pandemiya məğlub ediləcək və gələcəkdə ənənəvi olaraq gözəl Novruz bayramının qeyd olunması Gürcüstanın baharını daim gözəlləşdirəcək.
Gürcüstan azərbaycanlılarının, Novruz Bayramını qeyd edən bütün vətəndaşlarımızı təbrik edirəm. Gürcüstanda və xaricdə Novruzu, bahar bayramını, yeni bir günün gəlişini qeyd edən hər kəsi təbrik edirəm. Sizə sülh əmin-amanlıq, can sağlığı və xoşbəxt bir gələcək diləyirəm"- Salome Zurabişvili.


