21 
Mar
2021
09:59
1752

Tbilisidə sorğu: Gürcü icması Novruz bayramı ilə bağlı hansı məlumatlara sahibdirlər? - VİDEO

Türk dünyasının Novruz bayramı öz qədəmlərini artıq qoydu. Novruz bayramının gəlişini uşaqlar kimi böyüklər də səbirsizliklə gözləyir və sevinir. Çünki Novruz bayramı demək - təbiətin oyanışı, yazın gəlişi, təbiətə yeni nəfəsin verilməsi deməkdir. Öz maraqlı adət-ənənələri ilə, bütün təbiətin atributlarını özündə cəmləşdirən rəngarəngliyi və gözəllliyi ilə seçilən, hər həftəsi, hər adəti bir məna daşıyan Novruz bayramıdır bu gün.

Bildiyiniz kimi Gürcüstan çoxmillətli, çoxdilli və çox mədəniyyətli ölkədir. Gürcüstanda bir çox millət nümayəndələri - azərbaycanlılar, gürcülər, ruslar, ermənilər, yəhudilər və s. burada yığcam və dostluq içində əsrlərdir ki yaşayırlar. Bu səbəbdən də Gürcüstanda yaşayan bütün millətlər bir-birilərinin mədəniyyətləri, dinləri haqda müəyyən məlumatlara sahibdirlər, hətta bu millətlərin yığcam yerlərdə yaşadıqları ərazilərdə hər bir bayram eləcə də Novruz bayramı bərabər qeyd olunur.

Biz isə InterPress.ge komandası olaraq gürcü icmasının Novruz bayramı ilə bağlı hansı məlumatlara sahib olub-olmadıqları ilə maraqlandıq və bu dəfə isə gözəlliyi ilə qəlbləri oxşayan paytaxtımız Tbilisiyə gürcü icması arasında sorğu keçirmək üçün yollandıq.

Həmin sorğunu sizə təqdim edirik:

Bizimlə əlaqə saxlayın