20 
Mar
2021
22:24
1290

Ombudsman Novruz bayramında komendant saatının ləğv edilməsi ilə bağlı hökumətə müraciət etdi

Gürcüstanın xalq müdafiəçisi hökumətə müraciət edir.

Bu barədə Xalq Müdafiəçisi aparatından InterPress.ge-yə məlumat verilib.

"Gürcüstanın Xalq Müdafiəçisi onun nəzdində olan milli azlıqlar şurası ilə bərabər Gürcüstan hökumətinə Novruz bayramının qeyd olunması məqsədilə 21 mart tarixində müvəqqəti olaraq komendant saatının götürülməsi ilə əlaqədar müraciət edir. Komendant saatının 21 mart tarixində müvəqqəti götürülməsi vətəndaşlarımıza bayramı layiqincə və məhdudiyyətsiz şəkildə qeyd etmələrinə imkan verəcək. Qeyd edək ki, bu müraciətlə 18 mart tarixində azərbaycanlı icma nümayəndələri və fəalçıları hökumətə rəsmi yazılı müraciət etmişdir. Təəssüflər olsun ki, hökumət bu müraciəti öncə dini məsələlər üzrə agentliyə nəzərdən keçirilməsi üçün göndərmişdir, daha sonra isə bu müraciəti təmin etmədi.

Qeyd edək ki, Novruz bayramının tarixi əsrlərə dayanır və yazın gəlişi, təbiətin oyanmasının əlamətidir. Novruz bayramı Gürcüstanda əsrlərdir ki, qeyd olunur. Bu bayram "Pələng dərisi geymiş pəhləvan"da da yazılıb. Novruz bayramı 2010-cu ildə milli bayram elan edilib və azərbaycanlıların kompakt yaşadığı bələdiyyələrdə miqyaslı qeyd olunur. 2020-ci ildə pandemiyadan irəli gələrək bu bayram tam qeyd olunmadı və bu məhdudiyyət 2021-ci ildə də davam edir.

Xalq müdafiəçisinin nəzdində olan milli azlıqlar şurası əhalinin sağlamlığını nəzərə alan və tətbiq olunan məhdudiyyətlərlə razılaşır və onun məqsədini tanıyır. Ancaq Novruz bayramının öz adət-ənənələri ilə qeyd olunması azərbaycanlılar üçün böyük əhəmiyyət kəsb etdiyi də nəzərə alınmalıdır. Gürcüstanda bayramların qeyd edilməsi üçün komendant saatının müvəqqəti götürülməsi təcrübəsi artıq var ( 7 yanvar 2021-ci il Şoba bayramı). Bundan başqa 28 mart tarixində baş tutacaq futbol matçı üçün müəyyən güzəştlər nəzərə alınıb.

Xalq müdafiəçisi və onun nəzdində olan milli azlıqlar şurası hökumətin bu müraciəti nəzərə alacağına və təmin edəcəyinə ümid edir. Bu addımla Gürcüstan hökuməti milli azlıq nümayəndələrinə Gürcüstan vətəndaşlarının bərabər hüquqlu, milli və dini azadlıqlarının olduğunu təsdiq etmiş olacaq."- deyə müraciətdə qeyd olunur.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər