Dövlət naziri Marneulidə vətəndaşları Novruz bayramı münasibətilə təbrik etdi
Barış və Vətəndaş Bərabərliyi məsələləri üzrə Dövlət Naziri Tea Axvlediani Gürcüstan Azərbaycanlılarını Novruz Bayramı münasibəti ilə Marneulidə səfəri zamanı təbrik edib.
InteraPress.ge xəbər verir ki, bu barədə məlumatı nqzirliyin mətbuat xidməti yayır.
Dövlət naziri Marneuli ictimai məktəbində keçirilən bayran tədbirinə qonaq olub.
Tədbir çərçivəsində Novruz Bayramı mövzusu ilə bağlı rəsm sərgisi keçirilib və gürcü və Azərbaycan xalq musiqiləri ifa edilib.
“Mənim üçün fəxrdir ki, bu gün ilk dəfə Dövlət Naziri vəzifəsində əziz, etnik azərbaycanlı vətəndaşlarımızı təbiətin oyanışının və yeniliyin simvolu olan Novruz Bayramı münasibəti ilə təbrik edirəm. Gürcüstanın etnik azlıqları ölkəmizin ən önəmli zənginliklərindən və dəyərlərindən biridir. Əziz həmvətənlərimizə sevinc və xöşbəxtlik arzulayıram”, – dedi Tea Axvlediani.




