20 
Mar
2021
13:11
1232

Müxalifət liderləri fövqəladə rejim elan etdi

"Müxalifət liderləri bu gündən fövqəladə rejimə keçirlər".

InterPress.ge xəbər verir ki, "Milli Hərəkat"ın üzvü Zaal Udumaşvili bu barədə Gürcüstan parlamenti qarşısında çıxışı zamanı bildirib.

Zaal Udumaşvili müxalifətin fəaliyyət planından danışıb.

Onun sözlərinə görə, müxalifət mayın 15-də Rustaveli prospektində toplanacaq və qeyd edib ki, bu müddət ərzində həm Tbilisidə, həm də bölgələrdə mitinqlər keçiriləcək.

Udumaşvilinin sözlərinə görə, müxalifət davamlı etiraz rejiminə keçir.

“Hökumət Avropaya kürəyini çevirdi və ölkədə təhlükəli həddə çatan qütbləşməyə və çətin siyasi böhrana son qoymaqdan imtina etdi. Bu addımla "Gürcü Arzusu" ölkənin seçkiləri ələ keçirərək hakimiyyətə gələn bir hökumətin olmamasını, ancaq qanuni, səlahiyyətləri və vicdanları daxilində fəaliyyət göstərən, ölkənin və Gürcüstan əhalisinin maraqları çərçivəsində hərəkət edən bir hökumətə sahib olma şansını rədd etdi. Bu addımla "Gürcü Arzusu" siyasi təqibdən imtina etdi, Rusiyanın xarici kəşfiyyat rəisi Serqey Narişkinin yolunu davam etdirən fundamental geosiyasi seçim etdi və Avropanın köməyindən üz döndərdi.

Biz, bütün müxalifət spektri, "Gürcü Arzusu"nun saydığı nəticələrə görə belə, Gürcüstanın əksəriyyəti tərəfindən dəstəklənən siyasi partiyalar bəyan edirik ki, arxamızda Gürcüstan, arxamızda Gürcüstanın Avropa gələcəyi var, hansı ki vətəndaşlarımız əsrlər boyu mübarizə aparırdılar. Arxamızda ədalətə, bərabərliyə əsaslanan dövlət ideyası var, ona görə siyasi təqibləri və seçki yolu ilə hakimiyyəti ələ keçirməyi keçmişdə qoymalıyıq.

Bu gündən, bu dəqiqədən, müxalifət fövqəladə vəziyyətə keçir, yəni hər şəhərə, kəndə, hər ailəyə gedəcəyik və əhalini bir daha inandırıcağıq ki, bu mübarizə həqiqətən mənalıdır, çünki arxamızda həqiqət var. Bu müddət ərzində həm Tbilisidə, həm də bölgələrdə xeyli mitinqlər keçiriləcəkdir. Lakin sonda burada, Rustaveli prospektində toplanacağıq və bu, 15 mayda baş verəcək. Müxalifət davamlı etiraz rejiminə keçir. Bu sərt, davamlı bir etiraz olacaq və nəticədə bizi ölkəyə müsbət dəyişikliklər gətirəcək qələbəyə çadıracaq", - dedi Zaal Udumaşvili.

Bizimlə əlaqə saxlayın