20 
Mar
2021
06:46
481

Ekaterine Tikaradze ictimaiyyət qarşısında aşılanacaq

Səhiyyə naziri Ekaterine Tikaradze ictimaiyyət qarşısında koronavirus peyvəndi ilə aşılanacaq.

InterPress.ge xəbər verir ki, nazir "Astrazeneca" peyvəndi ilə aşılanacağını da istisna etməyib.

"Bəli, "Astrazeneca" peyvəndi daxil olmaqla. Hamımızın ictimaiyyət qarşısında aşılanması vacibdir və bu vəziyyətdə fərqli aşılarla aşılanmaq strategiyamız var. Bir sıra məlumatları yayılan Çin peyvəndi ilə aşılanmağım qərara alındı, amma bu gün bu kampaniyanın necə olacağı ilə əlaqədar proses gedir, çünki planlaşdırılanlar bu gün vətəndaşlarımızı peyvəndin etibarlılığına inandırmaq üçün yetərli olmaya bilər. Həm də müəyyən format dəyişdirilə bilər və alacağımız qərar barədə bazar ertəsi günü ictimaiyyəti məlumatlandıracağıq" , - dedi Tikradze.

Bizimlə əlaqə saxlayın