19 
Mar
2021
20:36
470

İtkin düşən şəxsin cəsədi tapıldı

Qudauri yaxınlığında xilasedicilər uçqun altında qalan vətəndaşın cəsədini tapıblar, hansı ki, yaxınlarının sözlərinə görə, qarda sürüşərkən yoxa çıxıb.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar İdarəsi məlumat yayıb.

"Daxili İşlər Nazirliyinin "112" İctimai Təhlükəsizlik İdarəetmə Mərkəzinə vətəndaşın Qudauri yaxınlığında qarda sürüşərkən itməsi və yaxınlarının onu tapa bilməməsi barədə məlumat daxil oldu. Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar İdarəetmə Xidmətinin Kazbeqi Sürətli Mübarizə Bölməsinin xilasediciləri dərhal cavab reaksiyası verdilər. Xilasedicilər yaxınlarının göstərdiyi yerdə bir neçə kiçik qar uçqunu aşkar etdilər və xidmət kinoloqları ilə axtarışa başladılar. Prosesə Dağ Kurortu İnkişafı Kompaniyasının xilasediciləri də cəlb olundu. Xilasetmə işləri nəticəsində vətəndaşın cəsədi tapıldı və qarın altından çıxarıldı", - deyilir məlumatda.

Bizimlə əlaqə saxlayın