Daha bir gənc qadın anafilaktik şok keçirdi
Yan Təsirlər Komitəsinə, klinikalardan birindən gənc bir qadında anafilaktik şok baş verdiyi barədə məlumat daxil oldu, lakin bu məlumatın təsdiqlənməsi lazımdır. Gənc qadın özünü yaxşı hiss edir".
InterPress. xəbər verir ki, bu barədə Xəstəliklərə Nəzarət Mərkəzinin rəhbəri Amiran Qamğrelidze Səhiyyə Nazirliyində keçirilən brifinqdə açıqlama verib.
"Şəxsi məlumat verə bilmərəm, amma başqa bir gənc qadının anafilaktik şok keçirdiyini təsdiqləyirəm. Bu haqda məlumat Yan Təsirlər Komitəsinə daxil olub. Klinika belə bir diaqnoz qoyub, bununla belə anafilaktik şok olub- olmadığına dair son sözü Yan Təsirlər Komitəsi deyəcək. Orada şiddətli allergik reaksiya var idi, ancaq şok olub-olmaması təsdiqlənməlidir. Gənc qadın indi yaxşıdır”, - dedi Qamğrelidze.


