1 USD =
3.4363 GEL
1 EUR =
4.1187 GEL
1 TRY =
0.4265 GEL
100 RUB =
4.5355 GEL
1 AZN =
2.0193 GEL
19 
Mar
2021
15:16
294

Uşaqlar üçün “Instagram” yaradılır

Dünyanın ən böyük sosial şəbəkəsi “Facebook” 13 yaşdan kiçik uşaqlar üçün xüsusi olaraq “Instagram” foto paylaşma xidmətinin versiyasını yaradır.

InterPress.ge xəbər verir ki, bu barədə İT şirkətinə məlumat yayır.

“Uşaqların dostları ilə əlaqə saxlaya bilməsi, yeni hobbi, maraqlar və daha çox şey tapa bilməsi üçün “Instagram”a valideyn nəzarətində bir sistem gətirməyi planlaşdırırıq”, - deyə “Facebook” sözçüsü Co Osborn bildirib.

“Facebook”un özündə də bənzər texnologiya var – “Messenger Kids”. Bu, əsas sosial mesajlaşma tətbiqinin gənclər üçün versiyasıdır. Burada valideyn nəzarəti seçimləri var.

“Instagram” qaydaları da yaş məhdudiyyətlərini nəzərdə tutur - istifadəçinin 13 yaşdan yuxarı olması lazımdır.

Qeyd edəki ki, “Facebook” sosial şəbəkəsi 2004-cü ilin fevralında Mark Zükerberq tərəfindən yaradılıb. Sosial şəbəkə “Messenger”, “WhatsApp” və “Instagram” xidmətlərinə sahibdir .

Bizimlə əlaqə saxlayın