Arçil Talakvadze 27 yaşlı tibb bacısının ölümü ilə əlaqədar ailəsinə başsağlığı verdi
“Gürcüstan pandemiya ilə mübarizədə xalqa nümunə olan gənc tibb bacısını itirdi”.
InterPress.ge xəbər verir ki, Gürcüstan Parlamentinin sədri Arçil Talakvadze 27 yaşlı tibb bacısının ölümü ilə bağlı kədərini ifadə edib.
“Gənc tibb bacısı Meqi Bakradzenin ölümündən çox kədərlənirəm. Pandemiya ilə mübarizədə ictimaiyyətə nümunə olan peşəkar, özünü işinə həsr etmiş gənc tibb bacısını itirməyimiz ürək ağrıdandır. Təəssüf ki, həkimlərin səylərinə baxmayaraq onu xilas etmək mümkün olmadı. Gürcüstan Parlamenti adından mərhum gənc tibb bacısının ailəsinə, yaxınlarına, dostlarına və həmkarlarına kədərimi bildirirəm", - dedi Talakvadze.
Xatırladaq ki, “Astrazeneca” peyvəndi ilə aşılandıqdan sonra anafilaktik şok inkişaf edən 27 yaşlı tibb bacısı bu gün saat 12: 00-da Birinci Universitet Klinikasında vəfat edib.


