19 
Mar
2021
10:34
563

Bu gündən bir neçə məhdudiyyətlər yüngülləşdirilir

"Bu gündən yəni martın 19-dan qida obyektlərində canlı musiqiyə icazə verilir. Aprelin 1-dən isə islahatlara nəzərən uşaq əyləncə mərkəzləri və kinoteatrlar fəaliyyətlərini yeniləyəcəklər.”

InterPress.ge xəbər verir ki, bu barədə Hökumət Admnisitrasiyasının rəhbəri İlia Darçiaşvili açıqlama verib.

“Bildiyiniz kimi, ölkədə pandemiyadan irəli gələrək məhdudiyyətlərin çoxunun bir hissəsi yüngülləşdirilib. Bu gün koordinasiya şurası məhdudiyyətlərin əlavə yüngülləşdiriliməsi qərarı verilib. Aprelin 1-dən isə islahatlara nəzərən uşaq əyləncə mərkəzləri və kinoteatrlar fəaliyyətlərini yeniləyəcəklər. Martın 19-dan qida obyektlərində canlı musiqiyə icazə verilir. Bundan başqa 28 mart tarixində Gürcüstan- İspaniya yığmasının matçı keçiriləcək. Koordinasiya şurası azarkeşlərin 30%-nə epidemioloji təhlükəsizlik standartlarını qorumaqla matçı izləməyə icazə verir.”

Xatırladaq ki, komendant saatı qüvvədə qalır.

Bizimlə əlaqə saxlayın