Ekaterine Tikaradze: "Axalçixedə baş verənlər ölkədə aşılamanı dayandırmağa əsas vermir"
"Bu, ölkədə aşılamağı dayandırmağa əsas vermir".
InterPress.ge xəbər verir ki, bu barədə Səhiyyə Naziri Ekaterine Tikaradze Axalçixedə, kovidə qarşı aşılanmış tibb bacısının ağır yan təsirlərinin inkişafından danışarkən deyib.
Onun sözlərinə görə, bu aşılama və ya konkret olaraq "AstraZeneca" ilə müşayiət oluna biləcək bir komplikasiya deyil, tibb sahəsində tez-tez ortaya çıxan komplikasiyalardan biridir.
“Gürcüstan üçün tipik olan statistikanı araşdırdıq və bir il ərzində 60-80 oxşar hal var, hansı ki, bu ictimaiyyətə və mediaya məlum deyil. "AstraZeneca" ilə bağlı statistik məlumatlarımız var və dünyada 7 milyon aşılanmış insandan 41-də bu hal baş verib və bu halların heç biri ölümcül olmayıb. Buna görə bu, ölkədəki peyvəndləmə prosesini dayandırmağa əsas vermir”, - dedi Ekaterine Tikaradze.


