Qamğrelidze komaya düşən tibb bacısı ilə bağlı brifinqdə açıqlama verdi
"İlk ciddi yan təsir peyvəndləmə prosesi zamanı müşahidə olunub."
InterPress.ge xəbər verir ki, bu barədə Milli Xəstəliklərə Nəzarət və Xalq Sağlamlığı Mərkəzinin rəhbəri Amiran Qamğrelidze az əvvəl baş tutan brifinqdə açıqlama verdi.
Onun sözlərinə görə, ən ciddi yan təsir peyvenddən 15-30 dəqiqə sonra və ya bir az sonra müşahidə olunan anafilaktik reaksiyadır.
"Brifinqin əsas məqsədi peyvənd prosesinin ilk ciddi yan təsiri və ya ağırlaşması barədə məlumat verməkdir. Bildiyiniz kimi peyvənd və hər hansı bir dərman yan təsirlərdən sığortalanmayıb. Peyvəndlərin ümumiyyətlə yüngül yan təsirləri var və ciddi yan təsirləri var. Peyvənd və ya dərman verildikdən sonra sürətlə inkişaf edən ən ciddi yan təsir, peyvənddən 15-20-30 dəqiqə sonra inkişaf edən anafilaktik reaksiyadır" dedi.
Məlumat üçün qeyd edək ki, bu gün Axalçixedə fəaliyyət göstərən "İmedi" klinikasında tibb bacısı komaya düşüb. Yerli KİV-lərinin məlumatına görə, tibb bacısı peyvənddən sonra iş qabiliyyətini itirib. Bundan sonra yerində vəziyyət gərginləşib və tibb bacısının ailə üzvləri klinikanın şüşələrini sındırıb və əşyalara zərər veriblər


