Çox miqdarda rüşvət alma faktı ilə əlaqədar Kobuleti Bələdiyyəsinin Şura üzvü saxlanıldı
Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin Korrupsiyaya Qarşı Mübarizə Agentliyinin əməkdaşları, keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində, hakimin qərarına əsasən, çox miqdarda rüşvət alma faktı ilə əlaqədar Kobuleti Bələdiyyəsinin Şura üzvünü və eyni zamanda rüşvətə kömək etdiyinə görə bir nəfəri saxlayıb.
InterPress.ge xəbər verir ki, bu barədə məlumat DTX tərəfindən yayılır.
İstintaqla müəyyən edilib ki, Kobuleti Bələdiyyəsinin Şura üzvü, vətəndaşa öz səlahiyyət istifadə edərək Kobuletidə, torpaq sahəsinə mülkiyyət sənədi verəcəyini və əmlaka qeydiyyatdan keçirəcəyini vəd edib. Daha sonra qohumunun vasitəçiliyi ilə 10.000 dollar pul tələb edib və bunun 2000 dollarını əvvəlcədən mənimsəyib.
Xüsusilə külli miqdarda rüşvət alma faktı ilə bağlı istintaq aparılır. İstintaq Dövlət Təhlükəsizlik Xidmətinin Korrupsiyaya Qarşı Mübarizə Agentliyi tərəfindən aparılır.


