18 
Mar
2021
14:54
531

"Pfizer" peyvəndinin Gürcüstana gətiriləcəyi vaxt məlum oldu

“Gürcüstan “Pfizer” peyvəndini 22 mart tarixində qəbul edəcək”.

InterPress.ge xəbər verir ki, bu barədə yoluxucu xəstəliklər xəstəxanasının direktoru Tenqiz Çerçvadze açıqlama verib.

Onun açıqlamasına görə, Gürcüstan daha bir yaxşı peyvənd ,dünyada iyun ayında satışa çıxarılacaq “Novovax” peyvəndi alacaq. Gürcüstan isə onun ilk istifadəçisi olacaq.

Çerçvadze beynəlxalq tanıma tapdıqda və effektivliyi təsdiqləndiyi halda ölkəyə Çin peyvəndinin gətirilməsi istisna etmir.

“Gürcüstan “Pfizer” peyvəndini 22 mart tarixində qəbul edəcək. Daha sonra artıq beynəlxalq səviyyədə deyil, ikitərəfli razılıqla yəni dövlətlər arasında razılıq əldə etməklə yenidən 80 min “Astrazeneca” gətiriləcək. Onun açıqlamasına görə, Gürcüstan daha bir yaxşı peyvənd ,dünyada iyun ayında satışa çıxarılacaq “Novovax” peyvəndi alacaq. Bildiyimə görə və eləcə də inanıram ki, Gürcüstan isə onun ilk istifadəçisi olacaq. Beynəlxalq tanıma tapdıqda və effektivliyi təsdiqləndiyi halda ölkəyə Çin peyvəndinin gətirilməsini istisna etmirəm. Sənədlərlə tanışam. Bu peyvənd fərqli texnologiyalarla hazırlanmış ən yaxşı peyvənd olacaq”- Çerçvadze.

Onun sözlərinə görə, Gürcüstanda peyvəndləmə prosesi zəif templə gedir. Əgər biz ilin sonunadək əhalinin 60-65%-nin peyvəndlənmiş olduğunu istəyiriksə o zaman gün ərzində 3000 insanın peyvəndlənməsi lazımdır.

“Peyvəndləmə prosesi zəif templə gedir. Bu gün 3-cü ya 4-cü gündür ki peyvəndə başlanıb artıq 3000-dən çox vətəndaş peyvənd olub, ancaq bu azdır. Gün ərzində 3000 vətəndaş peyvəndlənməlidir ki, ilin sonunadək 60-65%-ə çatacaq. Bütünlükdə 5000 həkim qeydiyyatdan keçib”- Çerçvadze.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər