18 
Mar
2021
11:50
703

Türkiyə vətəndaşının avtomobilini oğurlayan şəxslər saxlanıldı

Zuqdidi bələdiyyəsində istintaq, əməliyyat və axtarış tədbirləri nəticəsində avtomobil oğurluğu ittihamı ilə əlaqədar 3 nəfəri saxlanılıb.

lnterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

“DİN-in Sameqrelo-Zemo Svaneti Polis Departamentinin Zuqdidi Bölgə Şöbəsinin əməkdaşları tərəfindən kompleks araşdırma, əməliyyat və axtarış tədbirləri nəticəsində Zuqdidi Bələdiyyəsində avtomobil oğurluğunda təqsirləndirilən 3 nəfər saxlanılıb: 1993-cü il təvəllüdlü Q.G. 1977-ci il təvəllüdlü M.Ş. və 1991-ci il təvəllüdlü L.Ş.

İstintaq zamanı məlum oldu ki, bu il martın 8-də təqsirləndirilən şəxslər Zuqdididə, türk şirkətinə məxsus “Nissan Navara” markalı avtomobili gizli şəkildə oğurlayaraq Axalsopeli kəndindəki təqsirləndirilən şəxslərin evlərindən birinin həyətində gizlədiblər, hansı ki, daha sonra satış məqsədilə hissələrə ayırmağa başlayıblar.

Axtarış zamanı hüquq-mühafizə oğurladıqları hissələrə ayırılmış avtomobili və avtomobilin hissələrini sübut kimi götürüb.

Nəqliyyat vasitəsinə qarşı törədilmiş oğurluq faktı Gürcüstan Cinayət Məcəlləsinin 177-ci maddəsinin 3-cü hissəsinin "d" bəndinə və 4-cü hissəsinin "b" bəndinə əsasən araşdırılır.

Cinayət 6 ildən 10 ilədək həbs cəzasını nəzərdə tutur", - deyilir məlumatda.

Bizimlə əlaqə saxlayın