18 
Mar
2021
11:26
282

Bu il 300-ə qədər kənd ambulatoriyası təchiz ediləcək

“Bu il 300-ə yaxın kənd ambulatoriyası təchiz ediləcək”.

InterPress.ge xəbər verir ki, bu barədə Baş nazir İrakli Ğaribaşvili hökumət iclasından əvvəl deyib.

Baş nazirin sözlərinə görə, müvafiq məsələ bu gün hökumət iclasında müzakirə ediləcək.

“Bildiyiniz kimi ölkəyə koronavirus peyvəndinin ilk partiyası daxil oldu. Əvvəlcə tibb işçilərini peyvəndləməyə başladıq. Peyvəndləmə yaxın vaxtlarda əhalinin digər qrupları üçün də mümkün olacaq. Həm də sizə demək istəyirəm ki, bu gün müzakirə ediləcək məsələlərdən biri də ilkin səhiyyə xidmətlərinin təkmilləşdirilməsi məsələsidir. Səhiyyə nazirinin təşəbbüsü ilə bu il təxminən 300 kənd ambulatoriyası təchiz ediləcək ki, bu da tibb işçilərinin və ilkin səhiyyə xidmətlərinin iş şəraitini bir daha yaxşılaşdıracaq", - deyə Ğaribaşvili bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər