18 
Mar
2021
10:20
658

Saakaşvili: "Saakaşvilinin hakimiyyətdən getməsi lazım olduğunu söyləyən hər kəs axmaqdır"

"Saakaşvilinin hakimiyyətdən getməsi lazım olduğunu söyləyən hər kəs axmaqdır".

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvili qeyd edib.

“Bunları deyən insanlar axmaqdırlar. Onlar bu sözləri çox sadə səbəbə görə deyirlər. Saakaşvili hakimlərə, prokurorlara zəng etmir və onlara əmrlər yazmır, terror həyata keçirmir və polis göndərmir.Məni öz ölkəmə daxil olmağa qoymurlar.”- Saakaşvili.

Saakaşvilinin qeyd etdiyinə görə, bərabər şərait yaradılmalıdır.

Mixeil Saakaşvilinin açıqlamasına görə, ümumiyyətlə heç kimin fikirləri onun üçün maraqlı deyil.

"İcazə verin ölkəmə qayıdım, bərabər şərait yaradılsın və bir neçə gün ərzində İvanişvilinin yerini göstərəcəyəm. Bərabər şərtlər yaradılsın, Qərb standartlarına əməl olunsun. Ölkə bizim ölkəmizdir. Çox dostlarımız var, ancaq onların soyadlarını kim bilir? Mixeil Saakaşvilinin adını və soyadını isə bütün dünya bilir. Heç kimin fikri məni maraqlandırmır, ancaq Gürcüstan xalqının fikri və perspektivləri məni maraqlandırır. Mən həmişə ömrüm boyu belə olmuşam, uğurları buna görə əldə etdik”-Saakaşvili.

Məlumat üçün qeyd edək ki, Avropa Parlamentinin üzvü Viola Von Kramon 9 Mart tarixində Avropa Parlamentində Gürcüstan məsələsini müzakirə edərkən “zəhərli aktyorlar- Saakaşvili və İvanişvili Gürcüstanda davam edən proseslərə müdaxiləni dayandırmalıdır"dedi.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər