Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Dünya xəstəxanalarını ölümcül təhlükəli göbələk xəstəliyi bürüyüb: Yeni pandemiyanın başlanğıcı

790
Dünya xəstəxanalarını ölümcül təhlükəli göbələk xəstəliyi bürüyüb: Yeni pandemiyanın başlanğıcı
Dinləmək üçün basın

Dünya xəstəxanalarını ölümcül təhlükəli göbələk mutant “Candida auris” xəstəliyi bürüyüb.

Dünya xəstəxanalarını ölümcül təhlükəli göbələk mutant “Candida auris” xəstəliyi bürüyüb.

Interpress.ge xəbər verir ki, bu barədə 360 TV məlumat yayıb.

Bildirilir ki, alimlər bunu növbəti pandemiyanın səbəbi kimi göstərirlər.

Bu göbələk xəstəxanada yatan immuniteti zəif olan insanlara yoluxur.

Alimlərin fərziyyəsinə görə, antibiotiklərin kütləvi (bəzən də əsassız) istifadəsi bu növün yaranmasına səbəb olur.

“Candida auris” dərmana qarşı davamlıdır. Onu standart laborator üsullarla müəyyənləşdirmək çətindir, hətta laboratoriyada xüsusi texnologiya olmadığı təqdirdə diaqnoz düzgün qoyulmaya bilər. Bundan başqa, “Candida auris” xəstəxana infeksiyasıdır, yəni əsasən tibbi müəssisələrdə və stasionarlarda yaranır.

O da vurğulanır ki, göbələk hava-damcı, ərzaqlarla və sair bu kimi hallarla insandan insana keçmir. Xəstəlik müəyyən insanda yalnız uzun antibiotik terapiyası kursu keçirsə baş verir.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiDürdanə Xudiyeva

Son xəbərlər

Aİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSon xəbərlərə bax →