Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Amerikalı vunderkinddən möhtəşəm nəticə: 12 yaşında universitetə girdi, NASA-da işləmək istəyir - FOTO/VİDEO

509
Amerikalı vunderkinddən möhtəşəm nəticə: 12 yaşında universitetə girdi, NASA-da işləmək istəyir - FOTO/VİDEO
Dinləmək üçün basın

ABŞ-ın Arizona ştatından olan 12 yaşlı qız artıq məktəbi bitirərək, universitetə ​​daxil olub.

Interpress.ge xəbər verir ki, bu barədə “Unilad” nəşri məlumat yayır.

Məlumata görə, 12 yaşlı qız NASA-da işləyərək kosmik tədqiqatlarla məşğul olmaq niyyətindədir.

Alina Uiker uşaqlıqdan bəri “Lego” konstruksiyaları qurmağı sevib.

Ev təhsili sayəsində o, 12 yaşında orta məktəb tədris proqramını tamamlayıb və artıq Arizona Dövlət Universitetində təhsilinə başlayacaq.

Alina astronomiya, planetar elmlər və kimya sahələrində təhsil almağı planlaşdırır. O, 16 yaşına gəldikdə isə NASA-da işə düzəlmək və kosmik tədqiqatlar, xüsusən də Mars gəzintiləri üçün avadanlıqlar yaratmaq niyyətindədir.

“Yaşınızın və nə etməyi planlaşdırdığınızın heç bir əhəmiyyəti yoxdur. Bunu edin, xəyal qurun və sonra isə nail olun”, - deyə amerikalı qız uğurlarını şərh edib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiDürdanə Xudiyeva

Son xəbərlər

Aİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSon xəbərlərə bax →