1 USD =
3.4363 GEL
1 EUR =
4.1187 GEL
1 TRY =
0.4265 GEL
100 RUB =
4.5355 GEL
1 AZN =
2.0193 GEL
17 
Mar
2021
18:59
640

Toyuğun dərisini yeməyin! ZİYANLARI

Zülallar və vitaminlərlə zəngin olan toyuq əti çox faydalı və diyetik məhsul sayılır.

InterPress.ge xəbər verir ki, lakin bunu əsasən təbii şəraitdə yetişdirilmiş toyuqlara aid etmək olar.

Toyuğun ən faydalı hissəsi döş əti sayılır. Onun tərkibində yağlar daha az, zülallar isə daha çoxdur. Zülallar gec həzm olunur və bu da insana daha uzun müddət ərzində özünü tox hiss etməyə imkan verir. Məhz bu səbəbdən toyuğun döş əti müxtəlif pəhrizlərdə çox geniş istifadə olunur.

Toyuğun ən ziyanlı hissəsi dəridir. Diyetoloqlar və həkimlər toyuğun bu hissəsini qəbul etməyi tövsiyə etmirlər. Bunun bir neçə səbəbi var:

- dəri yağlarla zəngindir və kalorilidir. Bu isə çəkisi artıq olan, qanda xolesterinin səviyyəsi yüksək olan insanlar üçün ziyanlıdır. Yüksək xolesterin damarların sağlamlığına mənfi təsir edir, insult və infarktın riskini artırır.

- dəri çətinliklə həzm olunur. Bu xüsusilə həzm sistemində pozulmaları olan insanlar üçün ziyanlıdır.

 - toyuqların yetişdirilməsi zamanı (söhbət əsasən "broyler" toyuqlarından gedir) cüzi miqdarlarda olsa da müxtəlif kimyəvi maddələrdən istifadə olunur (hormonlar, antibiotiklər və s.). Bu maddələr əsasən toyuğun dərisində və piyində toplanır. Bu səbəbdən toyuğun dərisini və görünən piyi istifadə etməyin, toyuğu bişirmək üçün təmizləyəndə bu hissələri kəsib tullayın.

(saglamolun.az)

Bizimlə əlaqə saxlayın