Bolnisi bələdiyyəsinin Xidisğuri (Həsənxocalı) kəndində əhali aksiya keçirdi
Bolnisi bələdiyyəsinin Xidisğuri (Həsənxocalı) kəndində əhali aksiya keçirdi.
InterPress.ge-nin məlumatına görə, kənd sakinləri kəntdə zibilliklə əlaqədar mövcud problemlə bağlı etirazlarını bildirdilər.
Kənd sakinlərinin sözlərinə görə, mövcud vəziyyət yayda insanlara daha da problem yaradır. Bundan başqa onlar kəndin daxili küçələrində zibil qablarının olmadığını və yalnız kəndin mərkəzi yolunun kənarında olduğunu qeyd etdilər.
Onların sözlərinə görə, yerli bələdiyyəyə bir neçə dəfə sözügedən problemlərlə bağlı müraciət olunsa da onların bu müraciətləri cavabsız qalıb.
InterPress.ge komandası Xidisğuri kəndinin sakinlərini narahat edən bu problemlə bağlı Bolnisi bələdiyyəsi meriyasının qaynar xəttinə zəng vuraraq qeyd olunan məsələyə aydınlıq gətirilməsini istədi. Onlar isə qarşı tərəfə ünvanlanan sualları meriyanın e-poçt ünvanına göndərməyimizi istədilər. İnterPress.ge komandası olaraq onların bu tələblərini yerinə yetirməyimizə baxmayaraq bizim suallarımızı da təəssüflər olsun ki, cavabsız qoyaraq bu məsələyə laqeyd yanaşdıqlarını göstərmiş oldular.



