17 
Mar
2021
13:37
339

Bu günə kimi neçə səhiyyə işçisi koronavirusa qarşı peyvənd olunub?

Hazırda 1842 səhiyyə işçisi koronavirus peyvəndi ilə aşılanıb.

InterPress.ge xəbər verir ki, bu barədə Milli Xəstəliklərə Nəzarət və Xalq Sağlamlığı Mərkəzindən məlumat verilib.

Mərkəzdən verilən məlumata görə, saat 12: 00-a olan göstəricilərə əsasən, 4935 səhiyyə işçisi booking.moh.gov.ge portalında qeydiyyatdan keçib.

Məlumat üçün bildirək ki, Gürcüstanda COVID-19-a qarşı peyvəndləmə prosesi martın 15-də başlayıb. Ölkəyə “Astrazeneca” peyvəndinin ilk partiyası 13 Mart tarixində gətirilib.

Acarıstanın Səhiyyə Naziri də daxil olmaqla Milli Xəstəliklərə Nəzarət Mərkəzinin əməkdaşları, qabaqcıl klinikaların həkimləri canlı şəkildə peyvənd vurdurdular.

Əhalinin koronavirusa qarşı universal aşılanmasına gəlincə, bunun ölkədə nə zaman başlayacağı hələ bilinmir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər