Nazir müavini Marneuliyə səfər etdi
“Yaz tətilindən qayıdan şagirdlər üçün məktəblərdə incəsənət dərnəkləri və idman klubları yeniləndi. 15 mart tarixindən bütün şagirdlər qeyri-formal dərnəklərə qatıla bilərlər”.
InterPress.ge xəbər verir ki, bu barədə Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi məlumat yayır.
Nazirlikdən verilən məlumata görə, məktəblərdə tədrisin yenilənməsi ilə əlaqədar təhsil nazirinin birinci müavini Ekaterine Dqebuadze, Kvemo Kartli üzrə dövlət müşavirinin müavini kaxa Koberidze ilə bərabər Rustavi və Marneulinin ictimai məktəblərində tədris prosesinin gedişatı ilə şəxsən tanış oldu.
“İnfeksiyanın yayılması riskini minimuma endirmək məqsədilə tətildən sinif otaqlarına qayıdanadək şagirdlərdə Covid testi aparıldı. Məktəblər gigyenik və qoruyucu vasitələrlə tamamilə təmin edilib.”- məlumatda bildirilir.


