Marneulinin Alget kəndində bayram şənliyi keçirildi - VİDEO
Mart ayının 16-da Marneuli rayonun Alget kəndində Novruz bayramının axrıncı çərşənbəsi olan Torpaq çərşənbəsi qeyd olunub.
InterPres.ge xəbər verir ki, tədbir Alget İctimai Mərkəzi tərəfindən təşkil olunub.
Tədbirdə bir çox gənclər, Alget sakinləri və qonaqlar iştirak ediblər.
Uşaqlar baharın gəlişini böyük bir sevinclə qarşılayaraq, müxtəlif bayram şənlikləri və bir-birindən maraqlı oyunlar tərtib etdilər.
Alget İcma Mərkəzinin təsisçisi Ayşən Qızbəsli pandemiya səbəbindən uzun bir vaxt bu cür tədbirlərin keçirilmədiyini qeyd etdi. Eyni zamanda bu Novruz şənliyi kənd sakinlərində gözəl abu-havanın yaratdığını da bildirib.
O, tədbirdə iştirak edən hər kəsə təşəkkür etdi.
“İllərdi belə bir bayram keçirmək istəyirdik, ancaq payndemiya səbəbi ilə təəssüf ki, bu o qədərdə mümkün deyildi. Bu dəfə kiçik də olsa Novruz şənliyi keçirə bildik. Burada iştirak edən insanlar çox sevinclidir. Tədbirdə iştirak edən hər kəsə öz təşəkkürümüzü bildiririk və bayram münasibəti ilə hər kəsin bayramını təbrik edirik”- qeyd etdi A.Qızbəsli.


