Qəsdən adam öldürməyə cəhd ittihamı ilə əlaqədar bir nəfər saxlanıldı
Qori Rayon Bölməsinin əməkdaşları Qori şəhərində keçirilmiş əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş şəxsi saxlayıb.
InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən bildirilib.
2001-ci il təvəllüdlü L.N., qəsdən adam öldürməyə cəhd və qanunsuz olaraq odlu silah alma, saxlama və gəzdirmə ilə ittiham olunur.
İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxs qisas almaq məqsədi ilə 1990-cı il təvəllüdlü A.A.-nın kürəyinə güllə yarası vuraraq hadisə yerindən qaçıb. Yaralı tibb müəssisəsinə aparılıb. Qanun icraçıları, isti təqib ilə aparılan intensiv əməliyyat və istintaq tədbirləri nəticəsində L.N.-nı hadisədən bir neçə saat sonra saxlayıb.
Gürcüstan Cinayət Məcəlləsinin qəsdən adam öldürməyə cəhd və qanunsuz olaraq odlu silah alma, saxlama və gəzdirməyi nəzərdə tutan 19-108-ci maddəsi və 236-cı maddəsinin 3-cü və 4-cü hissələri ilə istintaq davam edir.
Cinayətlərdə 7 ildən 15 ilədək həbs cəzası nəzərdə tutulur.


