25 
Mar
2020
20:32
1742

Sürətli testlər Gürcüstana gətirildi - FOTO

"Çin tərəfindən hədiyyə edilən təcili test alətləri artıq Gürcüstandadır".

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı, müvafiq fotolarla bərabər, Çin Xalq Respublikasında Gürcüstanın Səfiri Arçil Kalandia sosiyal şəbəkə Facebook–da yayır.

Onun məlumatına görə, koronavirus və digər respirator xəstəliyinin aşkarlanması üçün nəzərdə tutulan sürətlli testlər, 420 min ABŞ dolları dəyərindədir.

“Siçhuan əyalətinin iqtidarı tərəfindən göndərilən təcili test alətləri və digər gərəkən aparaturalar artıq Tbilisidədir” – yazır səfir Arçil Kalandia.

Qeyd edək ki, sözü gedən testləri Çin dövləti Gürcüstana hədiyyə edib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər