16 
Mar
2021
21:51
456

Oliver Varheim: "Vaxtında və vacib danışıqlar aparıldı"

"Vaxtında və vacib danışıqlar aparıldı. Biz Gürcüstan vətəndaşlarına maddi fayda gətirə biləcək Assosiasiya Sazişinin potensialından necə istifadə edəcəyimiz barədə çox müzakirə etdik".

InterPress.ge xəbər verir ki, bu barədə AB qonşuluq siyasəti və genişlənmə üzrə komissarı Oliver Varheim, AB-Gürcüstan Assosiasiya Şurasının iclasından sonra qeyd edib.

Onun sözlərinə görə, iclasda pandemiyanın yaratdığı böhrandan irəli gələn çətinlikləri aradan qaldırma məsələsi də müzakirə olunub.

“Çox vaxtında və əhəmiyyətli danışıqlar aparıldı. Gürcüstan vətəndaşlarına maddi fayda gətirə biləcək Assosiasiya Sazişinin bütün potensialından necə istifadə edəcəyimizi çox müzakirə etdik. Pabdemiyanın gətirdiyi və qarşılaşdığımız çətinliklərlə əlaqəli məsələlərə də toxunduq. Pandemiya başladıqdan sonra AB çox sürətli reaksiya göstərdi və Gürcüstanla həmrəylik nümayiş etdirdi. Biz Gürcüstanı tibbi ləvazimatlarla təmin edirik və keçən il Covid-19 pandemiyası ilə mübarizə üçün 183 milyon avrodan çox maliyyə yardımı ayırdıq."- Oliver Varhei.

Varheinin dediyinə görə, artıq peyvənd proqramına daha çox diqqət ayrılıb.

“Mən peyvəndlərin ilk mərhələsini şənbə günü səhər Gürcüstana gətirilməsindən çox xoşbəxt idim. Bu, ən böyük donoru Avropa Birliyi olan Kovaks platformasının köməyi ilə baş verdi və biz bu təşəbbüsü dəstəkləyirik. Biz də Aİ-nin peyvəndləri digər ölkələrlə paylaşacağı bir mexanizmi işə salmağa hazırlaşırıq. Bu iş davam edir. Həm də Gürcüstana uğurlu bir peyvendləmə kampaniyası başlatmasına kömək edəcəyik ”- Oliver Varheim.

Oliver Varheinin sözlərinə görə, onlar Gürcüstanın müxtəlif sahələrinin yaxşılaşdırılmasına da kömək edəcəklər.

“Gürcüstan xalqına yardımımız bununla bitməyəcək. Gürcüstanın böhrandan çıxması üçün Gürcüstana müxtəlif sahələrin yaxşılaşdırılmasına kömək etmək istəyirik. Bizim prioritetimiz əlaqə qurmaq olacaq. Bu enerji, nəqliyyat və ya rəqəmsal əlaqələrə aiddir. Avropa Birliyi Gürcüstanın ən böyük ticarət ortağıdır. Gürcüstanın AB-yə ixracının şaxələndirilməsində kömək etməyi qəbul etdik. İqtisadi böyümə və iş yerləri də lazımdır. Bu, razılaşacağımız başqa bir mövzudur. Sürətli iqtisadi böyümə və yeni iş yerlərinə ehtiyacımız var, çünki bu, iqtisadi bərpa üçün əsasdır. Avropa ilə Gürcüstan arasında daha böyük və daha sərfəli körpülər yaratmalıyıq.

Xüsusilə ticarət yolunun keçdiyi Qara dənizə giriş məsələsinə gəlincə Gürcüstanın islahatları davam etdirməsi və sürətlə Avropa standartlarına, Avropada qüvvədə olan tənzimləmələrin tətbiqinə doğru irəliləməsi eyni dərəcədə vacibdir. Bu baxımdan, Gürcüstanın dövlət satınalmaları və əmək standartları baxımından əldə etdiyi irəliləyişi qeyd etdik, eyni zamanda, xüsusilə ədalət və qanunun aliliyi sahələrində davamlı islahatların aparılmasının vacibliyini vurğuladıq "- Oliver Varheim.

Bundan əlavə, Oliver Varheim Şərq Tərəfdaşlığı Sammitindən də danışıb.

“Şərq Tərəfdaşlığı haqqında bir neçə söz deməliyəm. Keçən il müəyyən edilmiş siyasi prioritetlərə əsaslanaraq, 2020-ci ildən sonrakı iddialı islahatlar və investisiya gündəliyi üzərində işləyirik. İqtisadi canlanmanı təşviq edəcəyik, əlaqələri gücləndirəcəyik və siyasətimizin əsas başlanğıc nöqtəsinin Gürcüstan xalqı olmasını təmin edəcəyik. Gürcüstanın bu çərçivədə möhkəm əməkdaşlıq etdiyinə və bu proqrama sadiq olduğuna görə şadam. Bu il Şərq Tərəfdaşlığı Sammitində davam edəcək müzakirələri səbirsizliklə gözləyirik"- Oliver Varheim.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər