Avropa Kommisarı Gürcüstanda baş verən siyasi hadisələrə münasibət bildirdi
"İnanırıq ki, demokratiya qalib gəlməlidir və hər iki tərəf öz növbəsində Konstitusiya və demokratik prinsiplərə uyğun həll yoluna aparan konstruktiv bir dialoqa getməlidir".
InterPress.ge xəbər verir ki, bu barədə Avropa Qonşuluq Siyasəti və Genişlənmə üzrə Avropa Komissarı Oliver Varhelyi söyləyib.
Avropa Komissarı 2020-ci il parlament seçkilərindən sonra Gürcüstanda baş verən hadisələrə cavab verib.
“Cənab Borrellin artıq qeyd etdiyi kimi, keçən payızda keçirilən parlament seçkilərindən sonra Gürcüstanda baş verən hadisələrə də toxunduq. Bununla bağlı yalnız bir şey söyləyəcəyəm - biz inanırıq ki, demokratiya qalib gəlməlidir və hər iki tərəf Konstitusiyaya və demokratik prinsiplərə uyğun bir həll yoluna aparan konstruktiv bir dialoqa getməlidir", - Gürcüstan-AB Assosiasiya Şurası iclasından sonra Josep Borrell və İrakli Ğaribaşvili ilə keçirilən mətbuat konfransında Oliver Varhelyi bildirib.


