16 
Mar
2021
21:01
300

Josep Borrell: "Hələ heç bir razılıq əldə edilmədi"

"AB uzun müddətdir ki, Gürcüstanda siyasi partiyalar arasında dialoqun asanlaşdırılmasında iştirak edir, hələ bir razılıq əldə edilməyib, amma Baş nazirlə söhbətdən sonra onun konstruktiv əməkdaşlıq və irəliləməyə istəkli olduğunu başa düşdüm".

InterPress.ge xəbər verir ki, Bu barədə Avropa Komissiyası sədrinin müavini, Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Yüksək Nümayəndəsi Josep Borrell məlumat verib.

Avropa Komissiyası sədr müavininin sözlərinə görə, Christian Danielsson yaxın günlərdə tərəflərə konkret bir təklif səsləndirəcək.

"Avropa Birliyi uzun müddətdir ki, Gürcüstanda siyasi partiyalar arasında dialoqun asanlaşdırılmasında iştirak edir və bu yaxınlarda, Avropa Şurasının sədri Charles Michel-in mart ayının əvvəlində Tbilisiyə etdiyi səfərin ardından dialoqu asanlaşdırmaqdan vasitəçiliyə keçdik. Bugünkü iclasda şəxsən Prezident Michel və Tbilisiyə səfərini davam etdirəcək şəxsi nümayəndəsi Danielsson tərəfindən rəhbərlik edilən bu vasitəçiliyin səylərini ümumiləşdirdik. Təəssüf ki, hələ bir razılaşma əldə edilməyib, ancaq Baş nazirlə danışdıqdan sonra onun konstruktiv əməkdaşlıq və irəliləməyə istəkli olduğunu başa düşdüm. Müxalifət də bunu etməlidir. Cənab Danielsson bu günlərdə bəhs etdiyimiz xətlərə uyğun olaraq konkret bir təklif verəcək və bu vəziyyət hər tərəfdən qarşılıqlı məqbul nəticə tələb edir", - bildirib Borrell.

Bizimlə əlaqə saxlayın