Ğaribaşvili AB-Gürcüstan Assosiasiyası Şurasının iclasından sonra parlament seçkilərinin vaxtını açıqladı
"Növbəti parlament seçkiləri 2024-cü ildə keçiriləcək".
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Baş naziri İrakli Ğaribaşvili AB-Gürcüstan Assosiasiyası Şurasının iclasından sonra Josep Borrell və Oliver Varhelyi ilə birgə keçirdiyi mətbuat konfransında, jurnalistin sualına cavab olaraq deyib.
Baş nazirin qeyd etdiyinə görə, bütün beynəlxalq təşkilatlar və beynəlxalq müşahidəçilər bu seçkilərin rəqabətli, azad və ədalətli olduğunu etiraf ediblər.
“Erkən seçkilərə gəlincə - seçkilərin nə vaxt keçiriləcəyinə qərar vermək mənim səlahiyyətim deyil. Bütün beynəlxalq təşkilatlar, ATƏT, DTİHB, bütün beynəlxalq müşahidəçilər bu seçkilərin rəqabətli, azad və ədalətli olduğunu qəbul etdilər. Növbəti parlament seçkiləri 2024-cü ildə keçiriləcək", - dedi İrakli Ğaribaşvili.


