16 
Mar
2021
18:54
1326

16 yaşlı qız əvvəlcə cinsi istismara məruz qaldı, daha sonra isə döyüldü

Kaxeti polisi, ailədaxili zorakılıq və yetkinlik yaşına çatmayan şəxsə qarşı cinsi cinayətlə əlaqəli 2 nəfəri saxlayıb.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı DİN yayır.

Daxili İşlər Nazirliyinin Kaxeti Polis İdarəsinin əməkdaşları, keçirilmiş əməliyyat, istintaq və prosessual tədbirlər nəticəsində Telavi Bələdiyyəsində 2 nəfəri saxlayıb: 1996-cı il təvəllüdlü İ.U. və 1995-ci il təvəllüdlü A.N.

İ.U., ailənin azyaşlı üzvünə qarşı zorakılıq faktı ilə əlaqədar saxlanılıb, bu isə 3 ilə qədər həbs cəzası nəzərdə tutur. A.N. isə yetkinlik yaşına çatmayan şəxsə qarşı cinsi cinayət törətməkdə günahlandırır. Cinayət 7 ildən 9 ilədək həbs cəzası nəzərdə tutur.

İstintaq nəticəsində A.N.-nin Telavi Bələdiyyəsində 2006-cı il təvəllüdlü şəxslə cinsi əlaqədə olduğu təsbit edilib. Hadisə yetkinlik yaşına çatmayan qızın ailə üzvlərinə məlum olub, bundan sonra qız qardaşı tərəfindən bir neçə dəfə fiziki istismara məruz qalıb.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 126-cı maddəsinin 2-ci hissəsinin "a" yarımbəndi və 140-cı maddəsinin birinci hissəsi ilə aparılır.

Bizimlə əlaqə saxlayın