16 
Mar
2021
15:48
533

Parlament yeni qanunvericilik paketini dəstəklədi

Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin iki quruma ayrıldığına əsaslanan qanunvericilik paketi Parlament tərəfindən üçüncü oxunuşda təsdiq edildi.

InterPress.ge xəbər verir ki, “Gürcüstan Hökumətinin Quruluşu, Səlahiyyətləri və İş qaydaları haqqında” qanuna dəyişiklik layihəsi 79 səslə yekdilliklə qəbul edildi.

Parlamentin dəstəklədiyi qanunvericilik paketinə görə, Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi iki dövlət qurumuna - Təhsil ,Elm və Mədəniyyət, İdman və Gəncik Nazirliklərinə bölünəcək.

Bundan əlavə, bugünkü plenar iclasda mədəniyyət sahəsini Parlamentin Təhsil, elm və mədəniyyət komitəsinin tərkibindən çıxarılması və yeni mədəniyyət komitəsinin yaradılması təşəbbüsü üçüncü oxunuşla müzakirə edildi .

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər