Kutaisi - Çxaltubo yolunda avtomobil qəzası baş verib.
Bu barədə InterPress.ge Report.ge-yə istinadən xəbər verir.
Məlumata görə, yüksək sürətlə hərəkət edən avtomobilin sürücüsü sükanı çevirə bilməyib və yoldan çıxıb.
Daxili İşlər Nazirliyinin əməkdaşları faktla bağlı araşdırma aparır.
