16 
Mar
2021
13:21
580

Ninocminda meriyası yanacağı sabiq deputatın ailə üzvünə məxsus olan şirkətdən alırdı

Ninocminda meriyası yanacağı Mkoyanlara məxsus şirkətdən baha qiymətə alırmış.

Bu barədə InterPress.ge SKnews.ge-yə istinadən xəbər verir.

Belə ki, dövlət auditi hesabatına nəzərən Ninocminda bələdiyyəsi “ Gürcü Arzusu”nun keçmiş millət vəkili Enzel Mkoyanın ailə üzvünə məxsus LTD “Meeqi”dən başqa yanacaq satan şirkətlərindən fərqli olaraq daha baha qiymətə alırmış.

Qanunla dövlət müəssisələri yanacağı hərracda qalib gəlmiş şirkətlərdən satın almalıdır. Əgər yanacaq şirkətinin yanacaqdoldurma məntəqəsi bələdiyyədən 14 kilometrdən çox məsafədə yerləşirsə dövlət qurumunun başqa yanacaq şirkətindən ən aşağı qiymətə yanacaq alma hüququna malikdir.

Audit hesabatına görə, Ninocminda Bələdiyyəsi bazar araşdırması sənədini təqdim edə bilməyib, lakin agentlik bazar araşdırmalarının Ltd “Meeqi”, “Wissol Group” və “Lukoil Georgia” yanacaqdoldurma məntəqələrinin iştirakı ilə həyata keçirildiyini bildirdi. Bu səbəbdən də sənədləşdirilə bilməz.

Bələdiyyənin göstərdiyi yanacaqdoldurma məntəqələrində həqiqi yanacaq qiymətlərini müəyyənləşdirmək üçün yoxlama qrupu “Wissol Group” bələdiyyələrdən birinə təklif etdiyi bir litr yanacağın qiymətini “Meeqi” şirkəti ilə qiymətləri ilə müqayisə edib.

Məlumata görə, Ninocminda Bələdiyyəsi, “Wissol Group”un rəsmi və sənədli olaraq başqa bir bələdiyyəyə təklif etdiyi qiymətdən daha yüksək qiymətə yanacaq alırdı.

Bundan əlavə, auditorlar, yanacağın 2018-2019-cu illərdə ümumilikdə 261,6 min lari dəyərində yanacaq alan bələdiyyə tərəfindən yaradılan MMC-lər də yanacağı “Meeqi”dən aldıqlarını qeyd edirlər.

“Cənubi qapı” 2019-cu ildə 30-dan çox dövlət qurumuna baha qiymətinə yanacaq tədarük edən Enzel Mkoyanın ailə şirkəti haqqında yazdıqdan sonra DTX məsələ ilə maraqlansa da istintaqa başlamayıb.

Enzel Mkoyanın qardaşına və onun uşaqlarına məxsus olan “Meeqi” şirkəti eyni zamanda “Gürcü Arzusu”nun siyasi donorudur. 2017-ci ilin sentyabr ayında şirkət 120.000 lari hakim partiyaya köçürüb. Şirkətin 50% -nin sahibi Martun Mkoyan, 2012-ci ildə Milli Hərəkata 60.000 lari bağışlayıb və beş il sonra 40.000 lari “Gürcü Arzusu”na vəsait yatırıb.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər