Gürcüstanda bu günə kimi koronavirus səbəbəi ilə neçə bağça bağlanıb?
“Uşaq bağçalarının açılmasından yəni 1 mart tarixindən bu günədək uşaqlarda və bağça əməkdaşlarında aşkar olunan koronavirus səbəbi ilə 46 uşaq bağçası bağlanmışdır. Onlardan dördü, iki həftəlik karantin müddəti bitdikdən sonra fəaliyyətlərini bərpa etdilər. Ancaq bu mərhələdə 42 uşaq bağçası bağlıdır”.
InterPress.ge xəbər verir ki, bu haqda Paytaxtın Uşaq Bağçalarının İdarəedilməsi Agentliyinin rəhbəri Kaxaber Qvançeladze bildirib.
Onun qeyd etdiyinə görə, Səhiyyə Nazirliyinin tövsiyələrinə nəzərən, virusun aşkarlandığı uşaq bağçaları müvəqqəti bağlanacaq.
“Uşaq bağçalarında koronavirus infeksiyası faktı aşkarlanan kimi müəssisə karantin vəziyyətinə gətirilir. Karantin müddəti bitdikdən sonra təhsil prosesi bərpa olunur. İşçilərin və uşaqların sağlamlığını mümkün qədər qorumaq üçün Səhiyyə Nazirliyinin qaydaları hələ də ciddi şəkildə həyata keçirilir. Eyni zamanda, iki həftədə bir dəfə bütün bağça işçiləri virusun yayılmasının qarşısını almağa kömək edən koronavirus testindən keçirlər " – dedi Kaxaber Qvançeladze.


