16 
Mar
2021
11:05
530

Rustavidə gənc qız intihara cəhd etdi

Rustavidə gənc qız intihar etməyə çalışıb.

InterPress.ge xəbər verir ki, 25 yaşlı qız mərkəzi körpüdə, məhəccərin yanında durub və intihar etməyə cəhd edib.

Hüquq-mühafizə orqanları hadisə yerinə vaxtında gəlib və qızı intihardan xilas edib.

Patrul və kriminal polis, təcili yardım və xilasetmə xidməti qrupları hadisə yerinə cəlb edilib.

Gənc qız xilas edilib, daha sonra dindirilmək üçün polis şöbəsinə aparılıb.

Bizimlə əlaqə saxlayın