16 
Mar
2021
10:51
991

Təzyiqi salmaq üçün ƏN SADƏ VASİTƏ – Amerikalı kardioloq tövsiyə edir

Amerikanın ən tanınmış və nüfuzlu kardioloqlardan biri olan Stiven Sinatranın sözlərinə görə, suyun kifayət miqdarda qəbulu yüksək arterial təzyiqi salmaq və damarları qorumaq üçün ən yaxşı və ən sadə vasitələrdən biridir.

InterPress.ge xəbər verir ki, insan az su içəndə orqanizm natriumu saxlamağa başlayır və bəzi kapilyarları bağlayır ki, nəticədə təzyiq qalxır.

Yüksək təzyiq ürəyə düşən yükləməni artırır, ürək damarları elastikliyini itirir və daralır. Bu vəziyyətdə orqanizmdə mayenin çatışmazlığı çox təhlükəli fəsadlara səbəb ola bilər.

Mayenin defisiti zamanı damarlar daralır ki, bu da ürəyin fəaliyyətinə mənfi təsir edir və oksigenin müxtəlif orqan və sistemlərə çatdırılmasını çətinləşdirir.

Həmçinin doktor Sinatra bildirib ki, suyun az qəbulu zamanı orqanizmdə vazopressin hormonunun ifrazı artır ki, bu da təzyiqin yüksəlməsinə səbəb olur.

Stiven Sinatra hər gün bir neçə stəkan adi su içməyi tövsiyə edir.

Vive Health jurnalına istinadla bildirir ki, suyun qəbulu təzyiqi dərhal salmasa da, bu sadə qayda damarların sağlamlığını qoruyur, hipertoniyanın inkişafının riskini və həmçinin hipertoniya artıq inkişaf edibsə onun ağır fəsadlarının (insult, infarkt) riskini azaldır.

(saglamolun.az)

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər