"Bu gün koronavirusa qarşı 668 tibb işçisi peyvənd olundu".
InterPress.ge xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.
Nazirlikdən verilən məlumata görə, 15 mart saat 20:00-a olan statistikaya nəzərən Booking.moh.gov.ge portalında səhiyyə sahəsinin 4202 işçisi qeydiyyatdan keçib.
Qeyd edək ki, bu gün Gürcüstanda covid-10-a qarşı peyvənd prosesi başladı. "AstraZeneca"nın birinci mərhələsi Gürcüstana 13 mart tarixində daxil olub.
