“Gürcüstan Avroatlantikaya inteqrasiya yolunda uğurla irəliləyir”.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Baş Naziri İrakli Ğaribaşvili "Twitter" sosial şəbəkəsində yazıb.
“Mənim Brüsselə rəsmi səfərim başlayır.Biz NATO-nun yüksək rütbəli nümayəndələri ilə görüşəcəyik. Gürcüstanın əldə etdiyi irəliləyiş həqiqətən də çox sevindiricidir. Biz bu irəliləyişlə Avroatlantikaya inteqrasiya yolunda addımlamağa davam edəcəyik. Bizim məqsədimiz NATO-ya üzv olmaqdır.”- İrakli Ğaribaşvili yazır.
Qeyd edək ki, İrakli Ğaribaşvili Brüsseldə Gürcüstan-AB Assosiasiya Şurasının iclasında iştirak edəcək.
