Gürcüstanda havanın temperaturu əhəmiyyətli dərəcədə artacaq
16-18 Mart tarixlərində Gürcüstanda havanın temperaturunda əhəmiyyətli dərəcədə artım olacağı, arabir yağış yağacağı, yüksək dağlıq ərazilərdə qar yağacağı, bəzi yerlərdə güclü olacağı gözlənilir.
InterPress.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyindən məlumat verilib.
Sinoptiklər sabah Gürcüstanın qərbində havanın temperaturunun 24 dərəcəyə yüksələcəyini, 16-17 Mart tarixlərində isə havanın 15 ilə 19 dərəcə isti olacağını proqnozlaşdırırlar. Şərqi Gürcüstanda aran bölgələrində havanın temperaturu 17 dərəcəyə qədər yüksələcək.
Məlumata görə, duman və qar fırtınası, 18 Martda qərb istiqamətində güclü külək, dənizdə 3-4 bal gücündə fırtına mümkündür.
Dağ bölgələrində gözlənilən hava istiliyinin nəticəsi olaraq, intensiv qar əriməsi və yağışlar nəticəsində, Gürcüstan çaylarında suyun səviyyəsini əhəmiyyətli dərəcədə artıra bilər, Gürcüstanın qərbindəki kiçik çaylarda daşqınlar və ölkənin dağlıq ərazilərində qar uçqunlarının meydana gəlməsi və sürüşmə proseslərinin yaranmasına-aktivləşməsinə səbəb ola bilər.


