15 
Mar
2021
12:25
4713

Mərkəz rəhbəri komendant saatı ilə bağlı XOŞ AÇIQLAMA VERDİ

Amiran Qamğrelidze gecə saatlarında hərəkət məhdudiyyətinin yüngülləşdirilə biləcəyini istisna etməyib.

InterPress.ge xəbər verir ki, Milli Xəstəliklərə Nəzarət Mərkəzinin rəhbəri bu barədə jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Koordinasiya Şurası bu məhdudiyyətin bir neçə saata endiriləcəyi və ya tam götürüləcəyini müzakirə edəcək.

"Epidemioloji vəziyyəti müşahidə edirik. Əgər belə stabil olacaqsa, bu məsələni sonrakı mərhələdə müzakirə edə bilərik Bu gün yumşalmanın başqa bir mərhələsi başladı. Epidemioloji vəziyyəti 10 gün - hər yüngülləşdirmədən iki həftə ərzində izləməliyik və bu məsələ sonrakı mərhələdə müzakirə olunacaq. Əminəm ki, bu məhdudiyyət də yüngülləşdiriləcək, ancaq epidemiyanın sabitləşməsi fonunda”, - dedi Qamğrelidze.

Bizimlə əlaqə saxlayın